Maliyyə hesabatlarının beynəlxalq standartları kursu açıldı.

İlk Addımlar Akademiyasında yeni Maliyyə hesabatlarının beynəlxalq standartları kursu açıldı. Kursda dərslər modul üzrə keçiriləcək. 15 moduldan ibarət dərslərin maliyyə hesabatının hazırlanması və tərtib olunması qaydaları və prinsipləri, maliyyə hesabatının təqdimatı (İAS 1), uçot siyasəti, hesabi mühasibat qiymətləndirilmələrində dəyişikliklər və səhvlər (İAS 8), İnvestisiyalı mülkiyyət (İAS 40), borclar üzrə xərclər (İAS 23), icarə (İAS 17), aktivlərin qiymətdən düşməsindən (İAS 36) danışılacaq.

Dərslər İqtisadi Araşdırmalar və tədris mərkəzinin (İATM) aparıcı müəllimləri tərəfindən tədris olunacaq. Kursa yazılmaq istəyənlər bu gündən etibarən müraciət edə bilərlər.

“İlk Addımlar akademiyası” “İlk Addımlar” tədris portalının başlatdığı Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində tədris almaq istəyənlərə köməklik göstərmək məqsədinin davamı olaraq növbəti atılan addımlardan biridir. Kurslarda İT sahəsində keçirilən dərslər Azərbaycanda bu sahəyə olan marağı daha da artırmağa köməkçi olur. Akademiyanın özəlliyi ondan ibarətdir ki, burada vebinarlar da təşkil olunur. Kursların keçirilmə vaxtı tələbələrin istəyi ilə təyin edilir. Dərslər ödənişlidir.


YER Hostinq