Mühasibat uçotunun əsasları kursunun ilk dərsi.

14 Fevral 2013-ci il tarixində İlk Addımlar Akademiyasında “Beynəlxalq mühasibat uçotunun əsasları” kursunun birinci dərsi keçirildi. Kurs İqtisadi Araşdırmalar və tədris mərkəzininin (İATM) müəllimi Radil Fətullayev tərəfindən tədris olundu. İlk öncə kurs tələbələrinə İATM tərəfindən nəşr olunmuş “Beynəlxalq uçot və hesabata giriş” kitabı təqdim olundu. Bu kursda bütün dərslər həmin kitabla keçiriləcək.

Birinci dərsdə kurs iştirakçılarına müəssisə və uçota giriş eləcə də, müəssisə nədir?, müəssisənin növləri və təşkilatı-hüquqi formaları, müəssisə fəaliyyətində daxili və xarici mühit amilləri, müəssisənin əməliyyat, maliyyə və investisiya fəaliyyəti, müəssisənin idarəedilməsi və planlaşdırma, müəssisənin gəlirləri və xərcləri, müəssisə fəaliyyətində uçot və hesabatlılıq haqqında geniş məlumat verildi. Qrafik və cədvəllər vasitəsilə keçilən dərs tələbələr tərəfindən çox maraqla dinlənildi.

Kursa gələnlərdən əlavə vebinara qoşulan tələbələr də vardı. Eyni zamanda dərsi canlı şəkildə youtube-un “İlk Addımlar” kanalında izləyənlər də çox idi.

“İlk Addımlar akademiyası” “İlk Addımlar” tədris portalının başlatdığı Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində tədris almaq istəyənlərə köməklik göstərmək məqsədinin davamı olaraq növbəti atılan addımlardan biridir. Kurslarda İT sahəsində keçirilən dərslər Azərbaycanda bu sahəyə olan marağı daha da artırmağa köməkçi olur. Akademiyanın özəlliyi ondan ibarətdir ki, burada vebinarlar da təşkil olunur. Kursların keçirilmə vaxtı tələbələrin istəyi ilə təyin edilir. Dərslər ödənişlidir.

14 Fevral 2013-ci il tarixində İlk Addımlar Akademiyasında “Beynəlxalq mühasibat uçotunun əsaslar” kursunun birinci dərsi keçirildi. Kurs İqtisadi Araşdırmalar və tədris mərkəzininin (İATM) müəllimi Radil Fətullayev tərəfindən tədris olundu. İlk öncə kurs tələbələrinə İATM tərəfindən nəşr olunmuş “Beynəlxalq uçot və hesabata giriş” kitabı təqdim olundu. Bu kursda bütün dərslər həmin kitabla keçiriləcək.

YER Hostinq