Vebinar dərslərin aylıq hesabatı

İlk Addımlar Akademiyasında müxtəlif sahələr-proqramlaşdırma dilləri, xarici dillər, mühasibatlıq üzrə kurslar keçirilir. Həmin kurslarla yanaşı dərsi canlı şəkildə dinləmək istəyənlər üçün İlk Addımlar akademiyasında vebinarlar da təşkil olunur. Bəs bu bir ay ərzində vebinarlara neçə insan qoşulub? 

Bir aylıq hesabata görə İlk Addımlar akademiyasında cəmi 5 vebinar keçirilib, 75 nəfər isə qeydiyyatdan keçib. Kursda PHP. Dərəcə 1, Alman dili, Beynəlxalq Mühasibat uçotunun əsasları, HTML və CSS üzrə dərslər keçirilib. Toplam dinləmə saatı isə 7 saat 2 dəqiqədir. 

Bu keçən aya olan hesabat idi. Yeni ayda hansı vebinarlar olacağı barədə İlk Addımlar saytından məlumatlana bilərsiniz.

Mart ayının 2-ci günü İlk Addımlar Akademiyasında İngilis dilinin ikinci dərsi, mart ayının 6-sı isə Rəsmi mühasibatlıq kursunun birinci dərsi keçiriləcək. İngilis dili Yəmən Haşımova, mühasibatlıq kursu isə Fərid Abbasov tərəfindən tədris olunacaq. Dərslər İlk Addımların ofisində keçiriləcək. Kursa gələ bilməyənlər vebinara qoşula bilərlər. 

“İlk Addımlar akademiyası” “İlk Addımlar” tədris portalının başlatdığı Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsində tədris almaq istəyənlərə köməklik göstərmək məqsədinin davamı olaraq növbəti atılan addımlardan biridir. Kurslarda İT sahəsində keçirilən dərslər Azərbaycanda bu sahəyə olan marağı daha da artırmağa köməkçi olur. Akademiyanın özəlliyi ondan ibarətdir ki, burada vebinarlar da təşkil olunur. Kursların keçirilmə vaxtı tələbələrin istəyi ilə təyin edilir. Dərslər ödənişlidir.


YER Hostinq