Unix proqramlaşdırma kursuna start verildi

Aprelin 19-da "İlk Addımlar" layihəsinin və Xəzər Universitetinin təşkilatçılığı ilə Unix proqramlaşdırma kursuna start verildi.

Təlimçi Əhməd Sadıxov ilk dərsdə fayllarla iş, ilkin proqramlaşdırma bilikləri barədə təlim keçdi. Növbəti təlimlər proseslər, siqnallar, proqram kanalları, şəbəkə proqramlaşdırma mövzularını əhatə edəcək.

Kursda Xəzər Universiteti, Milli Aviasiya Akademiyası, Qafqaz Universiteti, ATU, ADPU, OYU, ADNA, AzMİU, BDU və digər universitetlərin tələbələri iştirak edirlər.

Kurs 6 dərsdən ibarət olacaq və pulsuz keçirilir. Kursu keçirməkdən məqsəd Azərbaycanda Sistem Proqramlaşdırma sahəsində ilkin anlayışları olan gəncləri bir yerə toplamaq və bu sahədəki biliklərini təkmilləşdirməkdir. Kursu uğurla bitirənlərə sertifikatlar veriləcək.


YER Hostinq