Ödənişsiz Unix proqramlaşdırma kursu yekunlaşdı

"İlk Addımlar" layihəsi və Xəzər Universitetinin təşkilatçılığı ilə cari ilin aprel və may aylarında ödənişsiz olaraq həyata keçirilən "Unix proqramlaşdırma kursu" yekunlaşıb.

Təlimçi Əhməd Sadıxovun tədris etdiyi kursda fayllarla iş barədə, ilkin proqramlaşdırma bilikləri, proseslər, siqnallar, proqram kanalları, şəbəkə proqramlaşdırma mövzuları iştirakçıların diqqətinə çatdırılıb.

Kursda Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, ADPU, OYU, ADNA, AzMİU, BDU, Qafqaz və digər universitetlərdən olan tələbələr iştirak ediblər.

Mayın 24-də kursu uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim olunub.


YER Hostinq