Assembler Proqramlaşdırma dilindən mühazirələr

Fevralın 14-də "İlk Addımlar" layihəsi və Xəzər Universitetinin təşkilatçılığı ilə Assembler Proqranlaşdırma dilindən mühazirələrə start verildi.

Təlimçi Əhməd Sadıxov ilk seminarda prosessorun arxitekturası və sadə instruksiyalar, Assembler dilində sadə proqramlar barədə təlim keçdi. Tələbələrə mövzu ilə əlaqədar faydalı vəsaitlər payladı və onları maraqlandıran sualları cavablandırdı.

Növbəti mühazirələr yaddaş, yaddaşın strukturu, assemblerdə cərgələr, debaqqer vasitəsilə yaddaşın təhlili mövzularını əhatə edəcək.

Seminarda Xəzər Universiteti, Qafqaz Universiteti, ATU, ADPU, AzMİU, BDU və digər universitetlərin tələbələri iştirak etdilər.

Mühazirələr 3 seminardan ibarət olacaq və pulsuz keçirilir. Mühazirələri keçirməkdən məqsəd Azərbaycanda Sistem Proqramlaşdırma sahəsində ilkin anlayışları olan gəncləri bir yerə toplamaq və bu sahədəki biliklərini təkmilləşdirməkdir.


YER Hostinq